Cümə, 03 May

"Bəzənib gedirlər şəhid ailələriylə görüşə" - Flora Kərimova

image

“Müğənnilərdən bir xahişim var: Yalvarıram sizə, şəhid anaları, xanımları ilə görüşəndə bəzəkli-düzəkli getməyin. Bu yaxınlarda məni dəvət etdilər. Müğənnilər çox dəbdəbəli gəldilər”.

Xəbər verilir ki, bu sözləri Xalq artisti Flora Kərimova müğənni Niyam Salami ilə söhbətində deyib. Müğənni sənət adamlarına səslənib.

O bildirib ki, şəhid anaları, övladları ilə görüşə gedənlər çox bəzənirlər:

“Şəhid anası ağappaq saçla oturub. Onun yanında yeddiqatdan çıxmış müğənni… Müğənni hiss etmir ki, o, ananın gözündə yaş, üsyan var. Nə olar bəzənməyin. Çünki o xanımın, ananın, ağbirçəyin gözündə həsrəti görürsüz, hiss etmirsiz? Onun həyat yoldaşı, övladı, nəvəsi torpağın övladıdır, bizə görə canını verib. Siz bərli-bəzəkli gələndə… Qadının səliqə boynuna biçilib, amma…”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15